Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dəhşətli qəza - Ölən var - FOTO

Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az xəbər verir ki, hadisə Qaradağ postunda baş verib. Belə ki, "Mercedes" markalı yük avtomobili ilə "Vaz 2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Vaz 2107" markalı avtomobilin sürücüsü 1984-ci il təvəllüdlü Mənsur Aydın oğlu Qasımov dünyasını dəyişib. 

Hadisə yerinə dərhal YPX və FHN əməkdaşları cəlb olunub. Ölən şəxsin meyiti Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...