Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda 46 qızı aldadaraq zorlayan falçının + 18 ŞOK SƏS YAZISI yayıldı - VİDEO

Azərbaycanda gənc qızlar falçının qurbanı olublar.

Bir müddət əvvəl Nigar Səmədova (ad şərtidir) İnstaqramda tanış olduğu falçının yanına gedib. Özünü Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim edən falçı onun çayına bihuşedici maddə qatıb. Daha sonra özündən gedən qızın köməksiz vəziyyətdə olmasından istifadə edərək onu zorlayıb.

Əməkdaşımızla söhbət zamanı Nigar bildirib ki, bu, falçının ilk belə əməli deyil. Onun araşdırması nəticəsində bəlli olub ki, Mirkamil dəfələrlə bu üsuldan istifadə edərək qızlara qarşı cinsi zorakılıq edib.

Bu araşdırmalar zamanı o, falçının əsl adının Ramil Durduxan oğlu Talıbov olduğunu aşkara çıxardıb. Bundan sonra Nigar Səmədova polisə müraciət etmək istəyib. Ancaq Ramil onu şantaj etməyə başlayıb. Qız da qorxduğu üçün bu hadisənin bir müddət gizli saxlayıb. Daha sonra “102” xidmətinə zəng edən Səmədova, Yasamal rayonu 29-cu polis bölməsinə yönləndirilib.

İş Yasamal prokurorluğuna qədər gedib çıxıb. Nigarın iştirakı ilə falçının evi müəyyən edilib. Ramil Talıbov izahat alınaraq buraxılıb. Bununla yanaşı martın ortalarında ekspertiza təyin edilib. Ekspertiza Nigarın bakirəliyinin pozulması ilə bağlı qərar çıxarıb. Ancaq bununla belə, tərəflərin indiyədək üzləşdirilməsi baş tutmayıb.

Sizə təqdim etdiyimiz səs yazısında isə özünü falçı kimi təqdim edən Ramil Durduxan oğlu Talıbov əməlini qismən də olsa təsdiqləyir. Falçı ilə danışan isə onun sevgilisi Aynurədir (Ad şərtidir). Məsələ burasındadır ki, Aynurə Ramilin telefonuna göz gəzdirən zaman Nigarın nömrəsini görüb. Qısqandığı üçün Nigara zəng edən Aynurə, əsl məsələnin nədən ibarət olduğunu öyrənib.

: yenicag.az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...