Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gəncədə yaşayış binasında yanğın - 8 nəfər təxliyə olundu

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...