Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Göygöldə içərisində 6 nəfər olan avtomobil qar dərəsinə düşdü

Göygöl rayonunda avtomobil qara dərəsinə düşüb.

Mynews.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Hacıkənd-Tülallar yolunda baş verib. 

Belə ki, içərisində 6 nəfər olan "UAZ" markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq tara düşüb. İlkin məlumatlara görə, qar və palçıq səbəbindən sürücünün avtomobilini yola çıxarması mümkün olmayıb. Əraziyə kömək çağıran şəxslər hazırda soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini də bildiriblər.

Ərazi kənd icra nümayəndəliyindən, "Report"a bildirilib ki, həmin əraziyə sepli texnika lazımdır və bununla bağlı Göygöl rayon İcra Hakimiyyətinə məlumat verilib: "Texnikanın cəlb edilərək qar dərəsinə düşmüş şəxslərin xilas edilməsi istiqamətində işlərə başlanılacaq".

Qeyd edək ki, hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...