Dağda qar uçqunu altında qalanlar xilas ediliblər
Aprelin 21-də saat 17 radələrində DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov "UAZ" markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.
DİN-dən Mynews.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə təcili rayonun və müvafiq qurumların rəhbərliyinə məlumat verib.
Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə vaxt itirmədən həmin istiqamətə yollanıblar. Güclü qar yağdığı, havanın şaxtalı və çovğun olması səbəbindən ucqar dağ kəndinə gedən sıldırım qayaların əhatəsindəki yolda "Niva" və digər yolsuzluq avtomobillərinin də hərəkətində çətinlik yaranıb.
Texnika üçün yaxınlıqdakı hərbi hissəyə müraciə olunub. Tezliklə hərbi nəqliyyat vasitəsinin köməkliyi ilə onlar Bənd adlanan əraziyə çatıblar.
Polis əməkdaşları qar uçqununun altında qalmış, zərbə nəticəsində şüşələri sınmış halda olan həmin avtomobildə köməksiz vəziyyətdə qalmış Daşkəsən rayon sakini Asif Bayramovu, sərnişinləri - Tülallar kənd sakini Fuad Məmmədovu, Daşkəsən rayon sakini Xaliq İsmayılovu, Gəncə şəhər sakini Xəqani Quliyevi və Goranboy rayon sakini Mikayıl Abdullayevi xilas edib, onlara ilkin tibbi yardım göstərilib.
Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 571 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 560 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 556 dəfə oxunub