Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.

Mynews.az Report-a istinadla xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.

Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya Şöbəsində dünyasını dəyişib.

Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...