Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Goranboyda ilanlar evlərə hücum edib - FOTO

Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.

Mynews.az  "Report"a istinadən xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.

"Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yayda buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar", - o deyib. 

Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...