Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yevlaxda qadın qəza törətdi: Ölən var

Yevlaxda qadın qəza törətdi: Ölən var - FOTO + YENİLƏNİB

Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adı məlum olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, yaralılar - avtomobilin sürücüsü Yevlax şəhər sakini, 1965-ci il təvəllüdlü Faidə Elxan qızı Məmmədova, sərnişinlər - Qaradağ rayonunun Çaylı qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ağamalıyev Yusif Ehsan oğlu, Yevlax şəhər sakini, Ağamalıyev Emil Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə nəticəsində ölən şəxsin sürücünün bacısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

10:25

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir. 

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər isə yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...