Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Namiqlə bağlı məhkəmədən xəbər var

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mynews.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə "Smart" audit şirkətinin əməkdaşı Emil Məmmədov ifadə verib.

O bildirib ki, "BestComp Group" şirkətində audit yoxlaması aparıb: "Həmin şəxslər şirkətdən kompüterlər götürmüşdülər. Yoxlama nəticəsində 34 min manat pul çatışmırdı".

Daha sonra şahid qismində "BestComp Group" şirkətininin komersiya üzrə direktor müavini vəzifəsində çalışan Xəlil Ələkbərov dindirilib.

O, təqsirləndirilən şəxsin vəkili Gülşən Salmanovanın və hakimin suallarını cavablandırıb. Şahid qeyd edib ki, təqsirləndirilən şəxslərdən yalnız R.Babayevi "BestComp Group" şirkətinin əməkdaşı kimi tanıyır: "Daha əvvəl isə şirkətin mağazalarının birində direktor olmuşam. Mağazada malı satanda kassada ödəniş edilirdi".

X.Ələkbərov təqsirləndirilən R.Babayevə mal vermədiyini deyib.

R.Babayev isə götürdüyü malın pulundan 10 min manatı X.Ələkbərova ödədiyini söyləyib. X.Ələkbərov isə təqsirləndirilən şəxsdən pul almadığını bildirib.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Nərimanov rayonu ərazisində yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadaraq, 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştəriləri olduğunu deyib. Onlar anbardan R.Babayevin adına kompüterlərin çıxarılmasına nail olublar. Həmin malları başqa mağazaya sataraq pulu şirkətin pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Bundan başqa, hər iki təqdirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

İttihamda qeyd edilib ki, R.Babayevlə E.Həsənov həmin şəxslərə ucuz kompüter satacaqlarını vəd edərək onları aldadıblar.

Hər iki təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Xatırladaq ki, zərərçəkmiş şəxslərdən biri tanınmış aşıq Namiq Fərhadoğludur. Onun özü də məhkəmənin hazırlıq iclasında iştirak edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...