Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İran vətəndaşı sərhəd-keçid məntəqəsində qəza törətdi, ölən var

İran vətəndaşı  sərhəd-keçid məntəqəsində qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, aprelin 25-də saat 6 radələrində Qusar rayonunun "Samur" sərhəd-keçid məntəqəsində İran İslam Respublikası vətəndaşı Qulamirzə Fərəczadə "Volvo" markalı  yük avtomobilini arxaya verərkən Samur qəsəbə sakini Gülarə Saruxanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...