Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağdaşda avtomobil aşdı: ölən və yaralananlar var

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən Mynews.az-a verilən məlumata görə, aprelin 25-də saat 9 radələrində Ağdaş rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Faidə Məmmədova idarə etdiyi "KİA" markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişinlərindən bacısı Alidə Cəfərova hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...