Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkidə “Qazel” aşdı: sürücünün vəziyyəti ağırdı - GÖRÜNTÜLƏR - VİDEO

Saat 14:00 radələrində Şəki-Qax yolunun 24-cü kilometrliyində Şəkinin Biləcik kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, Şəkinin Kiş kənd sakini sürücü Aqil Abdullayevin idarə etdiyi 90-JL-318 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və Böyük Dəhnə kənd sakini Qaya Mikayılov xəsarət alıblar. Hadisə yerinə Şəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının iki maşını cəlb edilib. Yaralılar dərhal Şəki Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Sürücünün vəziyyəti ağır, sərnişinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...