Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ - Bakıda “Trump Tower” yanır YENILƏNİB - VİDEO

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Mynews.az-a hadisə yerində olan əməkdaşı məlumat verib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

***

Bakıdakı “Tramp Tover” binasında yanğın başlayıb.

Mynews.az xəbər verir ki, yanğın binanın üst mərtəbəsindən başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Qeyd edək ki, Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Tramp Tover” 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binadır. Hündürlüyü 130 metr, mərtəbələrinin sayı isə 33-ə bərabərdir.

Azərbaycanın beş ən yüksək binasından biri hesab olunur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...