Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bərdə sakini ehtiyatsızlıqdan həmkəndlisini güllələyib

Aprelin 29-da, saat 16:00 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib.

DİN-dən Mynews.az-a verilən məlumata görə, nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...