Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qonşusunu döyərək öldürənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Şöhrət Qədimovun (1987-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya saxlama) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mynews.az-ın məlumatına görə, ötən ilin oktyabr ayında Kürdəxanı qəsəbəsində, Quşçuluq sovxozunda yaşayan Şöhrət Qədimov aralarında yaranan mübahisə zamanı qonşusu Şeyda Məmmədova yumruq və təpiklə ağır xəsarətlər yetirib. 

Həkimıər şahidlərin köməyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılan yaralının həyatını xilas edə bilməyiblər. 

Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa tədim edilib.

Məhkəmənin hökmü ilə Ş.Qədimov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...