Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəngidə yol qəzası: - 11 yaşlı uşaq öldü

Abşeron rayonunun Cəngi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Mynews.az-a verilən məlumata görə, aprelin 30-da saat 15 radələrində Abşeron rayonunun Cəngi qəsəbəsində Şamaxı şəhər sakini Mirələm Heydərov idarə etdiyi "Mercedes" markalı avtomobili beton yol ayrıcısına vurub.

Nəticədə M.Heydərovun sərnişini, Bakı şəhər sakini olan nəvəsi - 11 yaşlı Əli Bəbirov xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...