Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kürdəmirdə ağır yol qəzası - Ölən və yaralılar var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Mynews.az APA-ya istinadən xəbər verir ki, mayın 1-də axşam saatlarında  Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı iki minik maşının toqquşub. 

Nəticədə Zərdab rayon sakini, 1943-ci il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov ölüb.

Kürdəmir rayon sakinləri- Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofelya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri- 11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova, 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...