Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tələbələrin ölümünə səbəb olan sürücü tutuldu

Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sürücüsü saxlanılıb.

Mynews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən Report-a bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb. 

“Onun qarşısına piyada çıxmayıb”, - deyə idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin onun sərxoş olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...