Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiyada “Lotu Quli”nin silahdaşı həmvətənlisini güllələdi - VİDEO

Sankt-Peterburqun hüquq mühafizə orqanları əməkdaşları  “qəsdən adamöldürmə” maddəsi üzrə şübhəli bilinən 46 yaşlı şəxsi axtarır.

Oxu.Az “Fontanka”ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan həmin şəxs, öz həmvətənlisi Füzuli Qarayevi qətlə yetirib.

Məlumata görə, onlar  “Apraksin dvor” bazarında ticarət obyektlərinin himayədarlığı ilə bağlı bir-biri ilə rəqabətdə olub.

Aprelin 30-da Lomonosov küçəsində evin qarşısında törədilən qətl müşahidə kamerasının obyektivinə düşüb. Kadrlarda şübhəlinin  F.Qarayevi güllələdiyini görmək olur.

Nəşrin məlumatına görə, hər iki “qanuni oğru”  Lotu Quli adı ilə tanınan avtoritetin silahdaşları olub.

Qanlı insidentin baş vermə halları və səbəbi araşdırılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...