Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda avtomobil maneəyə çırpıldı: - Ölən var

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Mynews.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, “Volkswagen” markalı avtomobilin yol kənarındakı maneəyə çırpılması nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sərnişinin sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...