Keçmiş MTN generalları apellyasiya şikayəti verdi
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov və digər təqsirləndirilən şəxslər barələrində olan hökmdən narazıdırlar.
Mynews.az report-a istinadən xəbər verir ki, həmin şəxslərin vəkilləri Bakı Hərbi Məhkəməsinin hökmündən ilkin apellyasiya şikayəti veriblər.
Məlumata görə, vəkillər hökmün sürətini hələ ki, almayıblar. Buna görə də müdafiəçilər apellyasiya şikayəti ilə Bakı Apelıyasiya Məhkəməsinə müraciət ediblər.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il, Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyevin hər biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, Elşad Əzizov və Fərhad Atayevə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. Barəsində həbs qətimkan tədbiri olmayan Natavan Mirvətovaya da barəsində 5 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Məhkəmədə təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsi barədə qərar elan olunub.
Zərərçəkmişlərin mülki iddiaları qismən təmin edilib. Daşkəsən epizodu isə ittihamdan xaric olunub.
Bundan başqa, təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiası təmin edilib.
Həmçinin generallar və digərinin üzərinə həbs qoyulmuş mülklərinin bir qismi müsadirə olunub. Bəzi əmlakların üzərindən isə həbs götürülüb.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 576 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 565 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 560 dəfə oxunub