Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nənəsinin evini soyan nəvə və dostları saxlanıldı

Tovuz rayonunda nəvə dostları ilə birgə nənəsinin evindən oğurluq edib.

DİN-in mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan iki yeniyetmə saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...