Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan Azərbaycanla danışıqlara hazırdır

Ermənistanda baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib ki, Azərbaycan hökuməti ilə Qarabağ məsələsində danışıqlara hazırdır. 

Mynews.az bununla bağlı Oxu.Az -a istinadla xəbər verir. 

Xatırladaq ki, bu gün Ermənistan Milli Məclisi növbəti dəfə baş naziri seçməyə çalışacaq. Bu posta yeganə namizəd Nikol Paşinyandır. 

Paşinyanın namizədliyini “Yel” (Çıxış) partiyasından əlavə, “Tsarukyan bloku” və “Daşnaqsütyun” da dəstəkləyir. Mayın 1-də keçirilmiş səsvermə zamanı Paşinyan lazım olan 53 səsdən 45-ni toplamışdı. 

Əgər deputatlar baş naziri seçə bilməsələr, qanunverici orqan istefaya getməlidir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...