"Özünü pəncərədən atdı, amma..." - Ata, ana və babanın öldüyü dəhşətli yanğının görüntüləri - VİDEO
Masallı rayonunda ev yanıb.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Təzə Alvadı kəndində yaşanıb. 73 yaşlı kamran Əzimova məxsus ümumi sahəsi 180 m² olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evdə gecə saat 1 radələrində anidən yanğın baş verib. Alov qısa müddətdə bütün evi əhatə edib.
Evin 2-ci mərtəbəsində yatan 45 yaşlı Namiq Əzimov və onun həyat yoldaşı 35 yaşlı Zeynəb Əzimova dünyasını dəyişib. Namiq Əzimovun atası Kamran Əzimov isə ağır yanıq xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Ailənin digər 3 üzvü isə xilas ola bilib.
Sahib Əkbərov - Zərərçəkənin qohumu: "Gəldik gördük dəhşət... Alov yuxarıdan başlayıb. Aşağıdakı 3 uşağı çıxartdıq. Nənəni çıxartdıq. Amma ata, ana, baba yuxarda idi. Alova yaxınlaşmaq mümkün deyildi. Baba özünü pəncərədən yerə atdı, amma hər yeri yanmışdı".
Hadisə yerinə polis əməkdaşları, Masallı və Cəlilabad rayonlarından yanğınsöndürən maşınları və canlı qüvvə cəlb olunub. Yanğını səhərə yaxın söndümək olub.
Evin 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m² sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Hadisənin elektrik naqillərində yaranan qısa qapanmadan baş verdiyi etimal olunur.
Faktla bağlı cinayət işi başlanıb. Yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlii olacaq.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1007 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 967 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 956 dəfə oxunub