Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 yaşlı qıza təcavüz edildi - Sumqayıtda şok hadisə

Sumqayıt şəhərində 15 yaşlı qız zorlanıb. 

Mynews.az  xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov olke.az-a açıqlamasında qızın ailəsinin problemlərindən danışdı:"Zorlandığı iddia olunan qızla bağlı məhkəmə tibbi-ekspertizası təyin edilib. Ailə münaqişəli ailədir. Ata ilə ana boşanıb. Qız həm atası ilə, həm də anası ilə qalır, valideyinləri ayrı yaşayırlar. Valideyinlər aralarındakı münaqişənin qisasını övladlarından alırlar, iddia olunan zorlanma faktını da bir-birinin üstünə atırlar. Cinayət işi başlanmayıb, araşdırma aparılır. Ekspertizanın rəyindən sonra qızın zorlanması dəqiq məlum olacaq. Saxlanılan şəxs yoxdur”.

****

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Belə ki, şəhər sakini 2003-cü il təvəllüdlü S.M-nin (ad şərtidir) qarın nahiyəsində kəskin ağrılar başlayıb. Bunu görən 15 yaşlı qızın atası Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. İlkin müayinələrdən sonra yeniyetmə qız yoxlanış üçün Sumqayıt Şəhər 1 saylı Doğum Evinə göndərilib. 

Daha sonra qızın atası hüquq muhafizə orqanlarına məlumat verib. 

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırmalara başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...