Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taksi sürücüləri müştəriyə görə dava edib - bıçaqlanan var

Şamaxı rayonunda taksi sürcüləri müştəri götürmək üstündə dava edib, 1nəfər bıçaqlanıb.

Mynews.az report.az-a istinadən bildirir ki, şəhər ərazisində yerləşən Avtovağzalda baş verib.

Belə ki, Şamaxıdan Bakıya müştəri aparmaq üçün taksi fəaliyyəti ilə məşqul olan, rayonun Şəhriyar qəsəbəsinin sakini, 1977-ci il təvəllüdlü Marid Məzahir oğlu Salahov digər taksi sürcüsü ilə müştəri götürmək üstündə mübahisə edib. Nəticədə taksi sürücüsü M.Salahovu bıçaqlayıb.

Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxananın bildirilib ki, M.Salahov bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətləri ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...