Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı sakini “Gənclik Mall”dan paltar oğurladı

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə “Gənclik Mall” ticarət mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-dən Mynews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...