Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata ilə qızını öldürən sürücüyə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Tofiq Qədirovun CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mynews.az-ın məlumatına görə, ötən il noyabrın 23-ü, səhər saat 07:00 radələrində Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, onun arvadı Olqa və iki azyaşlı övladını naməlum avtomobil vuraraq, hadisə yerindən qaçıb. 

Yaralılar 3 saylı kliniki xəstəxanaya çatdırılsalar da, A.Əhmədov və qızı Mədinənin həyatlarını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “VAZ 2107” markalı avtomobillə törədilməsi müəyyən edilib və onun sürücüsü, Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov saxlanılıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...