Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkidə 23 yaşlı qadın evdən qaçıb - VİDEO

Şəki rayonunun Baş Zəyzid kənd sakini Aygün Mustafayeva gecə saatlarında evdən qaçıb.

Mynews.az Oxu.Az-a istinadən məlumat verir ki, kənd sakini 29 yaşlı Pərviz Abdullayev alti il əvvəl 23 yaşlı Aygün Mustafayeva ilə ailə həyatı qurub. 

Onlar bu müddət ərzində Baş Zəyzid kəndində yaşayıblar. Aprelin 26-da qadın həyat yoldaşı ilə birlikdə ərinin əmisinin evinə qonaq gedib.

Gecə orada qalmalı olublar. Gecə saatlarında Aygün Mustafayeva əşyalarını götürüb, ailə üzvləri şübhələnməsin deyə, paltarın üstündən yataq paltarlarını geyinərək həyətə çıxıb.

Ev sahibi Ələddin Abdullayev deyir ki, həyətdən səs gəlib, qadının əri Pərvizi oyadıb. Məlum olub ki, Aygün Mustafayeva üstdən geyindiyi paltarları çıxarıb, həyətin aşağı hissəsinə atıb və çəpərdən keçərək naməlum istiqamətdə gedib.

Qadının qayınatası İsa Abdullayev bildirib ki, onların rəsmi nikahı olmayıb. Onun hansı istiqamətə getdiyi məlum deyil. O bildirib ki, Aygünün valideynləri boşanıb.

Hadisə ilə bağlı Şəki rayon polis şöbəsinə müraciət olunub. Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...