Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şabranda avtomobildə sərnişin digər sərnişini talayıb

Şabran rayonunda sərnişin digər sərnişini talayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, ötən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişin ona məxsus 1517 manat pulu açıq talama yolu ilə götürüb və bir qədər getdikdən sonra onu avtomobildən düşürməsini istəyib.

Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Rəhim-oba kənd sakini Cavid Seyidov olduğu müəyyən edilib. O saxlanılaraq RPŞ-yə gətirilib və bu əməli törətdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...