Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ölkəyə qanunsuz gətirilən dekorativ şamlar aşkarlandı

Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

DGK-dan Mynews.az-a verilən məlumata görə, yoxlama zamanı yük yerindən gömrük orqanlarına bəyan edilməyən 300 ədəd üzərində "Paşabahçe" markalanma yazısı olan şüşələrdə qablaşdırılmış dekorativ şamlar, 24 ədəd "Paşabahçe Zeyna" markalanma yazısı olan dekorativ şamlar və 6 ədəd sellofan paketdə qablaşdırılmış 360 ədəd çılçıraqdan əlavə asılması üçün nəzərdə tutulan aksesuarlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...