Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gömrükçülər xeyli sayda pirotexniki vasitə müsadirə edib - FOTOLAR

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin arxa buferinin altından üzərində "Star Light" yazısı olan, hər birində 25 ədəd olmaqla 6 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...