Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İmtahanda pis nəticə göstərən gənclər intihar etdilər - YENİLƏNİB

Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.

Mynews.az-ın Report-a istinadən məlumatına görə, ikinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.

Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti “morq”a təhvil verilib.

09:30

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda intihar hadisəsi baş verib.

Mynews.az-ın Report-a istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.

Onun universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...