Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntihar edən abituriyent haqqında daha bir xəbər - Cibindən 20 qəpik tapılmışdı... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Sumqayıt şəhərində sayca ikinci intihar hadisəsi baş verib. 

2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın damına çıxaraq özünü atıb. Hadisə nəticəsində dünyasını dəyişən F.Rüstəmov Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olub.

Saytımızın əldə etdiyi məlumata görə, abituriyent dünən keçirilən 2-ci ixtisas qrupu üzrə imtahan verərək uğurlu nəticə əldə edə bilməyib və bu səbəbdən də intihar edib. 
Gəncin üzərindən coğrafiya fənninə aid test toplusu, 20 qəpik pul və eynək tapılıb. 

Qeyd edək ki, F. Rüstəmov Hacı Zeynalabdin qəsəbəsində yaşayırdı. 
Faktla bağlı araşdırma aparılır.

: xeberle.com

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...