Bakıda narkotacir tutulub - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz alqı-satqısını həyata keçirən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirili
DİN-dən Mynews.az-a verilən məlumata görə, bu istiqamətdə Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Belə ki, əməliyyat nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə axtarışda olan Balaxanı qəsəbə sakini Əhməd Əliyev tutulub.
Onun üzərində hal şahidlərinin iştirakilə şəxsi axtarış aparılan zaman 10,135 qram heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Əliyevin yaşadığı evdən əlavə olaraq satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 1 kiloqram 405 qram heroin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Ə.Əliyev paytaxt və Sabunçu rayonu ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxs kimi tanınır və o, istintaqa ifadəsində bu əməlini etiraf edib. Həmçinin Ə.Əliyev Sabunçu polisinin bir neçə ay ərzində rayon ərzisində narkotacirlərə qarşı keçirdiyi silsilə əməliyyatlar zamanı saxlanılan şəxsləri də onların satışını həyata keçirmələri üçün narkotik vasitələrlə təmin edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Hadisə
- Restorana ziyan dəydi, yol bağlandı - Bakıda sürüşmə
- Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
- İşğaldan azad olunmuş ərazilərə getmək istəyənlər saxlanıldı
- Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."
- Gürcüstan Azərbaycanla sərhəddi açdı – - YENİ QAYDALAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO 906 dəfə oxunub
- Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama 600 dəfə oxunub
- Metro açıla bilər: infrastrukturda yoxlamalara başlanıldı 593 dəfə oxunub
- Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama 592 dəfə oxunub
- Türkiyəyə getmək istəyənlərin nəzərinə - MÜDDƏT UZADILDI 591 dəfə oxunub