Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Toyda direktorun başında "butulka" sındırdılar - Təhsil Şöbəsindən AÇIQLAMA

“Ağsu rayon Ləngəbiz kənd məktəbinin direktorunun müəllim tərəfindən döyülməsi tamamilə yalan məlumatdır. Düzdür, direktor xəstəxanaya yerləşdirilib. Lakin vəziyyət yazıldığı kimi deyil”.

Mynews.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Ağsu rayon Təhsil Şöbəsinin müdiri Səftər Əliabbasov deyib.

O bildirib ki, hadisə toyda baş verib:

“Məktəbin direktoru Müşfiq Mirzəyev Şamaxı rayonunun Çöl Bağırlı kənd sakinidir. 2007-ci ildən Ləngəbiz kəndində direktor işləyir. Dünən direktor toyda olanda bir nəfər şüşə su qabını atıb, direktorun başına dəyib. Müşfiq müəllim də başından xəsarət alıb, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə saat 16-17 radələrində baş verib. Yəni dərs saatlarından sonra olub”.

Təhsil şöbəsinin müdiri bildirib ki, hazırda direktorun vəziyyəti normaldır:

“Mətbuatda direktorun vəziyyətinin ağır olduğu yazılıb. Lakin elə deyil. Bir neçə dəqiqə əvvəl özü ilə danışmışam. Bu gün və ya sabah evə buraxılacaq. Yaxın günlərdə isə işinin başında olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...