Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

70 min manat oğurlayan dəstə üzvü ələ keçdi

Mingəçevirdə şirkətin 70 min manatını oğurlayan qrupun digər üzvü saxlanılıb.

DİN-dən Mynews.az-a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70 min manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.   

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...