Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qatar traktoru vurdu - Sürücünün ayaqları amputasiya olundu

Bərdədə qatar traktoru vurub. 

Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib. Qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...