Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Körpü çökdü: - ölən və yaralılar var

İtaliyada dəhşətli hadisə baş verib.

Mynews.az  Euronews-a istinadən xəbər verir ki, ölkənin şərqindəki Ankona şəhəri yaxınlığında, genişlənmə işlərinin aparıldığı A14 şosesi üzərindəki beton körpü çöküb. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 şəxs isə yaralıdır.

Qəzada həyatını itirən 2 nəfərin çökmə anında avtomobilləri ilə körpünün altından keçən və dağıntı altında qalan cütlük olduğu açıqlanıb. Həyati təhlükəsi olmayan yaralıların isə yol genişlənmə işində çalışan 2 işçi olduğu ifadə edilir.

Qeyd edək ki, keçən ilin oktyabr ayında da İtaliyada bənzər hadisə baş vermişdi.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...