Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həmkəndlilərinə hücum edən Xaçmaz sakini ekspertizaya göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Bəxtiyar Umarovun (1979-cu il təv.) CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Mynews.az-ın məlumatına görə, ağır cinayət rayonun Qusarçay kəndində, ötən il iyulun 8-də baş verib. 

Yayılan məlumata görə, kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. Hadisə nəticəsində Məhərrəm Hacıyev (1978-ci il təv.) kəskin qanitirmədən dünyasını dəyişib, Məzahir Mustafayev (1976-cı il təv.) ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılıb.

Onun həyatını həkimlər xilas ediblər. Cinayəti törədən Bəxtiyar Umarov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onun ruhi xəstə olduğu bildirilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin anlaqsız olub-olmamasını müəyyən edilməsi üçün kömpleks məhkəmə-psixiatrik ekspertizası təyin edilib. 

Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...