4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirilib
Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara Favizm (qanın parçalanması) diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.
Azyaşlılara qan köçürülməsi ehtiyacı yaranıb, onlara qan vurulub, müalicələri davam etdirilir.
Bundan əvvəl daha iki uşaq eyni vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılsa da, digəri ağır vəziyyətdə Bakıya, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilib.
Mütəxəssislər bildirib ki, favizm irsi defekt nəticəsində qanda parçalanma yaranması ilə müşahidə olunan xəstəlikdir. Azərbaycanın bir sıra, o cümlədən cənub bölgəsində yayılıb. Bəzi qida məhsulları, xüsusilə paxlalıların qəbulu zamanı bu xəstələrin vəziyyəti pisləşir.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 995 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 958 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 948 dəfə oxunub