Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2 avtomobil toqquşdu - Ana və qızı yaralandı

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Mynews.az report.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı minik maşınının toqquşması nəticəsində Salyan şəhər B.Talıblı küçəsi, bina 1-də yaşayan, 1974-cü il təvəllüdlü İmanova Xanım Fikrət qızı və onun qızı, 1996-cı il təvəllüdlü İmanova Nərmin Nurəddin qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...