Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sahəyə daxil oldular və... - SAXLANILANLAR VAR - FOTOLAR

Bu gün səhər saatlarında Göyçay rayonunda dələduzluq hadisəsi baş verib. 

BiG.AZ -ın əldə etdiyi məlumata görə dələduzluq hadisəsi Göyçay rayonu şıxbəy kəndində qeydə alınıb. Belə ki, sözügedən kənd sakini Şəfiyev Habil Arif oğlunun həyətində yaratdığı 1600 şitillik parnik naməlum şəxslər tərəfindən tamamilə dağıdılıb.

Aldığımız məlumata görə bununla bağlı parnik sahibi polisə məlumat verib və bir neçə şübhəli şəxs saxlanılaraq polis idarəsinə aparılıb. 

Həmçinin o da qeyd edilir ki, zərərçəkmiş kənd sakini Şəfiyev Habil Arif oğlunun qonşuları ilə su məsələsinə görə ədavəti var. Belə ki, bir müddət öncə bu ədavətə görə onun sahəsindən qoz-fındıq və innab oğurlanıb. Həmin hadisə ilə bağlı da polisə məlumat versə də oğurluq edən şəxslər hələ də tapılmayıb. 

Redaksiyamıza daxil olan fotoşəkilləri oxucularımıza təqdim edirik. 

Sahəyə daxil oldular və... SAXLANILANLAR VAR - FOTOLAR
Sahəyə daxil oldular və... SAXLANILANLAR VAR - FOTOLAR

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...