Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cəlilabadda poçtdan oğurluq edən şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinə mayın 19-na keçən gecə Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən 17 ədəd videoqəbuledici, 2 ədəd skaner aparatı, 1 ədəd elektrik tənzimləyicisi və dəftərxana ləvazimatlarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Mynews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib. Görülmüş tədbirlərlə saxlanılan şəxsin Göytəpə şəhər sakini Məhəmməd Nurullayev olduğu müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...