Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaqatalada DƏHŞƏTLİ QƏZA: 4 yaralı - VİDEO

Qəza Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 132-ci kilometirliyində, Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, Balakən sakini 45 yaşlı Telman Kazımovun idarə etdiyi "VAZ 2109" markalı 10-MK-147 dövlət nömrə nişanlı minik avtomobili ilə, Zaqatala sakini Şaban Ərəbovun idarə etdiyi "VAZ 2108" markalı 62-BH-813 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.

"VAZ 2109" markalı avtomobildə sərnişin qismində olan Balakənin Qazbinə kənd sakini, 21 yaşlı Arzu Bayramova, "VAZ 2108" markalı avtomobilin sürücüsü Şaban Ərəbov, onun avtomobilində olan sərnişinlər Zaqatalanın Yuxarı Tala kənd sakini 26 yaşlı Nübar Hacıyeva və Balakənin Qullar kənd sakini 35 yaşlı Aynurə İsayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Yaralılardan Arzu Bayramova xəstəxananın reanimasiya şöbəsinə, Şaban Ərəbov isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Nübar Hacıyeva və Aynurə İsayevanın  vəziyyəti yüngül olduğundan onlar ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...