Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bilasuvar rayon sakini güllələnib

Sabunçu rayonu ərazisində Biləsuvar rayon sakini E.Eyvazovu döyən və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirən S.Sahalıyev tutulub. Mynews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o evə buraxılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...