Azərbaycanda DƏHŞƏTLİ İŞGƏNCƏ - 5 yaşlı uşağa görün nələr etdilər - FOTO
Azərbaycanda beş yaşlı uşaq valideyni tərəfindən işgəncələrə məruz qalıb.
Mynews.az xəbər verir ki, bunu lent.az-a Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyib. Kəmalə Ağazadənin sözlərinə görə, əlləri və ayaqları bağlanaraq şiddətə məruz qalmış uşağa zorakılıq hərəkəti əyalətlərdən birində edilib. Birliyin sədri deyib ki, zorakılığa məruz qalmış uşağın şəklini ona instagram sosial şəbəkəsi vasitəsi ilə ona yollayıblar:
"Dərhal araşdırmağa başladım. Uşağın valideynləri və region haqqında hələ ki, heç bir məlumat vermək istəmirəm. Artıq bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Məsələ barəsində danışılıb. Sabah mən həmin uşağın zorakılığa məruz qaldığı rayona gedəcəyəm. Müvafiq qurumlarla yerində araşdırma aparacağıq”.
Azərbaycan Uşaqlar Birliyinin sədri deyib ki, fotodakı şəkil həqiqidir:
"Uşaq öz valideyni tərəfindən zorakılığa məruz qalıb. Onun beş yaşı var. Səbəbi nə olursa olsun, uşağa qarşı şiddətə görə hər bir valideyn cəzalandırılmalıdır. Rayonun adını açıqlaya bilmərəm. Sabah bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, baş vermiş hadisəni diqqətdə saxlayacağıq.
Hadisə
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
- Öldürülən bacı və övladının GÖRÜNTÜLƏRİ
- Bakıda öldürülən qadın məktəb direktoru imiş
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1118 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1102 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1101 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1046 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1038 dəfə oxunub