Bakıda kafedə partlayışda yanan şəxslərdən biri xəstəxanada öldü
Bakıda kafedə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada keçinib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.
Baş həkim bildirib ki, hadisə nəticəsində bədən səthinin 100 faizi yanan, 1974-cü il təvəllüdlü İbrahimov Natiq Zahid oğlu mayın 22-də gecə saat 02:00 radələrində dünyasını dəyişib. Hazırda mərkəzdə müalicəsi davam etdirilən, 1965-ci il təvəllüdlü İbrahimova Şəkər Xosrov qızının vəziyyəti isə ağır olaraq qalır. Hadisə nəticəsində qadının bədən səthinin 95 faizi yanıb.
Qeyd edək ki, mayın 21-də günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 kv.m olan (10 kv.m hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.
Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya çatdırılmışdı.
Hadisə
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı
- Azyaşlı qızını öldürməkdə şübhəli bilinən atanın saxlanılma anı - VİDEO
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi
- Azərbaycanlı ailənin faciəvi sonu - Əhməd olayına bənzədildi
- Məşhur azərbaycanlı aktrisa vəfat etdi - FOTO
- Anası məktəbdən gələndən sonra Əhməd marketin arxa hissəsindən baltanı götürərək... - ŞOK DETALLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 930 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 910 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 902 dəfə oxunub