Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Su İdmanı Sarayında ölüm - YENİLƏNİB

Bakıda Su İdmanı Sarayında ölüm faktına aydınlıq gətirilib.

Mynews.az bildirir ki, Bakı Şəhər Halqasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-də Su İdmanı Sarayı ərazisində fəaliyyət göstərən "BCC Marshal" Mərkəzinin əməkdaşı Yusifov Asəf Fərəməz oğlu iş zamanı qəflətən halı dəyişərək insult nəticəsində vəfat edib.

Qeyd olunub ki, vəfat etmiş şəxs Su İdmanı Sarayında məşq etmir və məşq nəticəsində həyatını dəyişməyib. Buna görə də həmin şəxsin guya məşq nəticəsində vəfat etdiyi barədə məlumat həqiqətə uyğun deyil.

11:40

Bakıda məşq edən 43 yaşlı kişi vəfat edib.

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 22-də saat 21 radələrində baş verib. Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Yusifov Asəf Fərəməz oğlu Su İdmanı Sarayında məşq zamanı insult keçirərək vəfat edib.

Yusifov Asəf "Formula 1" Azərbaycan qran-prisində çalışıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...