Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

BAKI: Avtobus yolun ortasında xarab oldu - Sərnişinlər düşürüldü - VİDEO

Bakıda “BakuBus”a məxsus avtobuslardan biri yolun ortasında xarab olub.

Metbuat.az bildirir ki, hadisə dünən (22 may) saat 16:00-17:00 radələrində baş verib. “BakuBus” MMC-yə məxsus 6 nömrəli avtobus yolda xarab olub. Sərnişinlər dərhal avtobusdan endirilib.

Baş verən hadisə ilə bağlı “BakuBus” MMC-dən Metbuat.az-a bildirilib ki, qeyd olunan avtobusda qapıların açılıb-bağlanması ilə bağlı nasazlıq qeydə alınıb. Qısa müddət ərzində həmin nasazlıq aradan qaldırılıb və avtobus təyin olunmuş marşrut xətti üzrə hərəkətini davam etdirib.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...